Tələbə-könüllülər
06.05.2017

Tələbə-könüllülər "Oxu Günü"ndə "Gəlin birgə oxuyaq!” dedilər

702

Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. “Oxu Günü”nün keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, bu tədbirin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu vardır.  “Oxu Günü” tədbirində tələbə-könüllülər də könüllü qismində iştirak ediblər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.