Tələbə-könüllülər “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda görüşdə
06.05.2017

Tələbə-könüllülər “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda görüşdə

698

Aprelin 11-də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda növbəti işgüzar panel keçirilib.

Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panel ötən ilin dekabr ayında “ADA” Universitetində keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ali təhsil müəssisələrinin rəhbərləri, startap və sahibkarlıq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarının nümayəndələri, xaricdə təhsil almış məzunlar iştirak edib. Tədbirdə "Bir" tələbə-könüllülər də qonaqların qarşılanması, qeydiyyatı və digər işlərdə könüllü qismində iştirak ediblər. 


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.