Tələbə-könüllülər Təhsil Nazirliyinin hesabat tədbirində

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. Hesabat tədbirində Təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak edib. Mərasim zamanı tələbə-könüllülər təşkilati işlərdə könüllü qismində fəaliyyət göstəriblər.