#TələbəTəlimçi olmaq istəyirsən? Öz bilik və bacarıqlarını, nailiyyətlərini, uğur hekayəni məzun olduğun və eləcə də digər orta məktəblərin 8, 9, 10-cu siniflərdə təhsil alan şagirdlərlə paylaşmaq imkanı qazanmaq istəyərdin?
Elə isə "Bir Gələcək" layihəsi Səni bu hədəfinə daha yaxın edəcək.
Şagirdlərin hərtərəfli inkişafı üçün daha əlverişli şəraitə və cəmiyyətin həyatında onların fəal iştirakına stimul yaratmaq;
Gənclərin öz şəxsi inkişaf yollarını aydınlaşdırmaq və fərdi inkişaf istiqamətlərini analiz etmək bacarıqlarına kömək olmaq;
Şagirdlərin özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən etmələrinə və gələcək karyera qurmalarına dəstək olmaq;
Gənclərin fərdi keyfiyyətlərinə uyğun uğurlu karyeranın başlanğıcı olan ali təhsilin stimullaşdırılması və düzgün ixtisas seçiminə istiqamətləndirmək.