Azərbaycan Könüllülərinin şəbəkələşməsi, asudə vaxtlarının səmərəli şəkildə idarə edilməsi, motivasiyalarının yüksək tutulması məqsədilə 3 gün müddətində Mingəçevir şəhərində baş tutan düşərgə ərzində könüllülərimiz üçün bir sıra maraqlı fəaliyyətlər həyata keçirilib.
7 aprel tarixində Bakı Konqres Mərkəzində, baş tutan görüşdən sonra düşərgə ərazisinə yollanan könüllü heyətinin səmərəli vaxt keçirməsi üçün interaktiv komanda oyunları, əyləncəli rubrikalar, idman yarışları, şəbəkələşmə enercayzerləri baş tutub. Eyni zamanda könüllülərimiz üçün Şəki şəhərinin gəzməli–görməli yerlərindən olan – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansara, Şəki Tarix – Diyarşünaslıq muzeyinə infotur təşkil edilib.