İyulun 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinin, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunması mərasimi keçirilib.
Mərasimdə "Bir" Tələbə-Könüllü proqramının üzvləri Təhsil naziri Mikayıl Cabbarov tərəfindən təltif olunub.