Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Könüllüləri arasında intellektual çempionatın qalibi "Bir Könüllü" komandası olub.

Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən intellektual çempionat AKTİ-yə üzv təşkilatları təmsil edən 100 nəfər Azərbaycan Könüllüsünün iştirakı ilə “Nə?, Harada?, Nə zaman?” formatında həyata keçirilib. 


Yarışda xüsusi fəallıq göstərən #BirKönüllülərimiz iki komanda ilə təmsil olunaraq həm birinci, həm də üçüncü yerə layiq görülüblər.


İştirak etmiş hər bir könüllümüzə təşəkkür edir, qaliblərimizi təbrik edirik.