• “Virtual BİR mən” layihəsi çərçivəsində 150-ə yaxın tələbə-könüllünün iştirakı ilə “Vətənpərvərlik” mövzusunda görüş keçirildi

25.07.2020

“Virtual BİR mən” layihəsi çərçivəsində 150-ə yaxın tələbə-könüllünün iştirakı ilə “Vətənpərvərlik” mövzusunda görüş keçirildi

93

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə keçirilən "Virtual BİR mən" adlı layihə davam edir
Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının, dünyagörüşünün artırılması və şəxsi inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində tələbə-könüllülərin növbəti onlayn görüşü “Vətənpərvərlik” mövzusunda qazilərimizin iştirakı ilə keçirilib. Görüşdə Azərbaycan ordusunun zabiti, Aprel döyüşləri iştirakçısı, II qrup Qarabağ əlili və qazisi Əhliyət Mehdiyev və ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyevin iştirak edib. 150-ə yaxın tələbə-könüllü iştirak etdiyi görüşdə vətənpərvərlik, qəhrəmanlarımız, tələbələrin bu istiqamətdə sosial şəbəkələrdə fəal olması  barədə danışılıb və tələbə-könüllülərin sualları cavablandırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 550-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.