“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi”nin iştirakçılarına Xəzər Universiteti Çin Tədqiqatları Mərkəzinin əməkdaşı, Topçubaşov Mərkəzinin siyasət üzrə eksperti Vüsal Quliyevin təqdimatında “The middle corridor Initiative ; From European TRACECA to Chinese BRI” mövzusunda sessiya təşkil olunub. Sessiya ərzində iştirakçılara Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və onun Çinin “Bir kəmər bir yol” təşəbbüsü çərçivəsində vacibliyi, həmçinin Azərbaycanın bu nəqliyyat dəhlizində əhəmiyyəti haqqında ətraflı izah verilib. Günün ikinci yarısında iştirakçılar stolüstü tennis, şahmat oynayaraq və piano ifa edərək asudə vaxtlarını səmərəli keçiriblər, eyni zamanda birlikdə futbol yarışını izləməyi də unutmayıblar.