“WinterCamp 2023” adlı Qış Universiteti davam edir.
Təhsilin İnkişafı Fondunun dəstəyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və “BRIDGE Academy” şirkətinin təlim tərəfdaşlığı ilə 3-7 fevral tarixlərində Qubada maliyyə və iqtisadiyyat sahələri üzrə tələbələrin “WinterCamp 2023” adlı Qış Universiteti davam edir.
Düşərgənin dördüncü günü Böyük Britaniyanın York və Fransanın Starsburq universitetlərinin məzunu, II “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədov və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar Rayonu üzrə Maliyyə Şöbəsinin Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektorunun müdiri Elmar Hacıyevin təqdimatında “Daxilə auditə giriş” və “Maliyyə savadlılığının artırılması” mövzularında informativ təlim sessiyaları keçirilib.