“WinterCamp 2023” Qış Universitetinin 4-cü günü yekunlaşıb.
Təhsilin İnkişafı Fondunun dəstəyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və “BRIDGE Academy” şirkətinin təlim tərəfdaşlığı ilə 3-7 fevral tarixlərində təşkil olunan Qubada maliyyə və iqtisadiyyat sahələri üzrə tələbələrin “WinterCamp 2023” Qış Universitetinin 4-cü günü yekunlaşıb.
Düşərgə çərçivəsində büdcə və maliyyə modelləri üzrə baş mütəxəssis Orxan Talıbzadənin təqdimatında “Maliyyə modelləri və şirkətin qiymətləndirilməsi” mövzusu üzrə sonuncu təlim sessiyası təşkil edilib.
Qeyd edək ki, axşam saatlarında tələbələr üçün asudə vaxtın səmərəli təşkili məqsədilə hər gün məşqçi-müəllimlərin müşaiyəti ilə voleybol, stolüstü tennis yarışları keçirilir.
Günün sonunda isə tələbələr üçün sənədli film nümayişi, müxtəlif əyləncəli oyunlar, maraqlı simulasiya yarışları, intellektual fəaliyyətlər və s. təşkil olunur