“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin
təşkilatçılığı ilə qış tətili dövründə tələbələrin bilik və təcrübə
mübadiləsinin artırılması, eləcə də asudə vaxtlarının daha səmərəli və faydalı
keçirilməsi məqsədilə fevral ayının ilk iki həftəsində (4 - 13 fevral, 2022)
Quba rayonunda “WinterCamp 2023” tələbələr üçün Qış Universiteti keçiriləcək.
Tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bilik və
bacarıqlarının artırılmasına, fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına
yönələn 5 günlük qış universitetində iştirakçılar maraqlı simulasiya və idman
yarışları, maarifləndirici və intellektual oyunlar vasitəsilə vaxtlarını səmərəli dəyərləndirəcəklər.
Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək qış
univerisiteti çərçivəsində tələbələr peşəkar mütəxəssislərin, spikerlərin və
təlimçilərin iştirakı ilə interaktiv sessiyalarda, panellərdə iştirak edərək
ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər.
İstiqamətlər:
1.
Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan
tələbələr; (4-8 fevral, 2022)
2.
Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan
tələbələr; (4-8 fevral, 2022)
3.
Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və
kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil
alan tələbələr; (9-13 fevral)
4. Təhsil idarəetməsi, pedaqoji
profilli ixtisaslar üzrə təhsil alan tələbələr. (9-13 fevral)
Hər biri 5 gün (4 gecə) olmaqla 4 fərqli istiqamət üzrə
keçiriləcək tələbə düşərgəsində III və
IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil
alan tələbələr qeydiyyatdan keçərək qoşula bilərlər. Qeydiyyatdan keçmiş
iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə
mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla keçən şəxslər iştirak hüququ
qazanacaqdır.
Qış
tətil günlərini intellektual və yaradıcı potensialını inkişaf etdirmək,
əylənərək öyrənmək, öz ideya və təkliflərini mütəxəssislərlə paylaşmaq, nəzərdə
tutulan infosesssiyalarda iştirak etmək, həmçinin asudə vaxtının daha faydalı
keçirmək istəyirsənsə aşağıdakı ərizə formasını dolduraraq qeydiyyatdan keç!
https://forms.gle/w2ZzTrjtabX3E3HB8
Qeydiyyat üçün son tarix: 15 yanvar, 2023-cü il.
Qış Universitetində iştirakçı sayı məhduddur. Yalnız seçilən
şəxslərə yekun seçim nəticələri barədə məlumatlar elektron poçt vasitəsilə
göndəriləcək.
Əlaqə: Apply@konullu.edu.az