“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində Azərbaycan Texniki Universitetində xaricdə təhsil ilə maraqlanan III, IV kurs və magistr tələbələri üçün “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirilib.
Sessiya ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Niftalı Qasımlı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə tələbələrə ətraflı məlumat verilib.