Xaricdə təhsil barədə məlumatlandırma sessiyası


“Bir Könüllü” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 24 oktyabr tarixində Bakı Slavyan Universitetinin tələbələri üçün Xaricdə təhsil barədə məlumatlandırma sessiyası təşkil ediləcək.

Görüşün hədəf mövzuları Hökumətlərarası Təqaüd Proqramları (HTP), “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, xaricdə təhsil almaq üçün digər təqaüd proqramları olacaq.

 

Layihənin məqsədi:

1)    Xaricdə təhsil almaq, uzunmüddətli və qısamüddətli beynəlxalq layihələrdə, tədbirlərdə iştirak etmək istəyən tələbələrə məlumatlandırma sessiyalarının keçirilməsi;

2)    Müəyyən ödəniş müqabilində xaricdə təhsil barədə məlumat ötürən vasitəçi şirkətlər olmadan ödənişsiz əsaslarla məlumatlandırmanın təşkil edilməsi;

3)    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan xaricdə təhsil proqramları barədə ətraflı məlumatların ötürülməsi;

4)    Tələbələrin və abituryentlərin xaricdə təhsillə bağlı müraciət mərhələsində qeydiyyat prosesi zamanı qarşılaşdıqları çətinliklər (motivasiya məktubunun hazırlanması, tələblər və seçim prosesi və.s) barədə məlumatlandırılması; 

5)    Gənclərin maksimum dərəcədə maddi baxımdan qənaət edə bilməyi üçün, onları təqaüd, mübadilə programları, dövlətlər və universitetlər arasında olan əlaqələrlə tanış etmək, həmçinin bu programların şərtləri barədə məlumatlandırmaq.

Tarix: 24 oktyabr

Saat: 14:00

Məkan: Bakı Slavyan Universitetinin akt zalı