Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri ilə növbəti görüş, I "Yüksəliş" müsabiqəsinin qalibləri olan Elçin Mirzəzadə, Vüqar Mirzəzadə və Orxan Zakirovun məzunu olduqları 82 nömrəli tam orta məktəbə səfərləri ilə baş tutdu.
Elçin Mirzəzadə, Vüqar Mirzəzadə və Orxan Zakirov auditoriyaya təhsil aldıqları illərdə və peşəkar fəaliyyətərində qazandıqları bilik və bacarıqları barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər və şagirdləri maraqlandıran sualları cavablandırıblar. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.
“İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, peşəkar həyatda uğur qazanan şəxslərin məzunu olduğu məktəbdə yuxarı sinif şagirdləri ilə görüşünü təşkil edərək onların fərdi inkişafına dəstək olmaqdır.
“Bir Gələcək” təşəbbüsü çərçivəsində silsilə görüşlər aprel-may ayları ərzində davam edəcək.