Yüksəliş” qaliblərinin tələbələrlə növbəti görüşü - Mehriban Nəzərovanın təqdimatında!
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu ilə əməkdaşlıq çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Yüksəliş” qaliblərinin tələbələrlə növbəti görüşü baş tutdu.
Təlimçi qismində “Yüksəliş” müsabiqəsinin 2022-ci il üzrə qalibi Bakı Ali Neft Məktəbi, Davamlı təhsil fakültəsinin dekan müavini Mehriban Nəzərova iştirak edərək “Qərarlarımızı necə veririk? “mövzusunda sual-cavab formatında tələbələrlə maraqlı müzakirələr aparıblar.