“Zəfər” turnirinin birinci turu yekunlaşdı.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı qələbəyə həsr olunan “Zəfər” turnirinin birinci turu yekunlaşdı.
Ümumilikdə 32 komandanın iştirak etdiyi turnirin növbəti seçmə mərhələsində müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən ibarət 16 komanda mübarizəyə qoşuldu, gərgin mübarizə nəticəsində 8 komanda növbəti mərhələdə iştirak haqqı qazandı.
Qalib gələn bütün komandalara uğurlar arzulayırıq.