Əziz tələbə-könüllülər,
“Bir” sizə əsl tələbə həyatını yaşayamağı təklif edir. Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, məlumat turlarında, intellektual yarışlarda və sair müxtəlif tipli layihələrdə iştirak edə bilərsiniz.
Proqramda aşağıdakı meyarlardan birinə və ya bir neçəsinə cavab verən, proqramın əhatə dairəsinə daxil olan ATM tələbələri üzv ola bilər:
1. hal-hazırda könüllü fəaliyyətlə məşğul olan;
2. irimiqyaslı tədbirlərdə könüllü olaraq fəaliyyət göstərmiş;
3. könüllü olaraq fəaliyyət göstərmək istəyi olan.
Əgər, bu imkanlardan yararlanmaq istəyirsinizsə, bizə qoşulun və “Bir” olun!