Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Üçüncü Baharı onlarla BİRgə yaşayaq!
Tarix:
28.02.2018
Saat:
Məkan:
Üçüncü Baharı onlarla BİRgə yaşayaq!

“Üçüncü Bahar” təşəbbüs qrupu sosial layihə olaraq, ətrafında təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin təşkilini həyata keçirir və sizi də BİR könüllü kimi fəaliyyət göstərməyə dəvət edir.

Hazırda 300-dən çox üzvü olan layihə çərçivəsində 2017-ci il ərzində müxtəlif mövzularda 20-dən çox tədbir keçirilmişdir. Layihənin 4 istiqaməti vardır: maarifləndirmə, sağlamlıq, yaradıcılıq və karyera mərkəzi.

 

Sən də “Üçüncü Bahar” təşəbbüs qrupunun BİR könüllüsu olmaq istəyirsənsə, qeydiyyatdan keçə bilərsən.

 Qoşulmaq istəyən tələbə-könüllülərin 3 fəaliyyət istiqaməti var:

Təşəbbüs qrupunun əməkdaşlarına təlim/tədris prosesinin təşkilində dəstək olmaq;

SMM işlərinin aparılması;

Təlimçi kimi fəaliyyət göstərmək ( rəsm, rəqs, ingilis dili, rus dili, kompüter kursları(baza bilikləri və ya xususi proqramların tədrisi), sosial mediadan istifadə(facebook, instagram, youtube, google və s.), art (bütün növ əl işləri) );