Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

“Azerbaijan International 2019” həyəcanını bizimlə BİRlikdə yaşa!
Tarix:
06-09.06.2019
Saat:
Məkan:
“Azerbaijan International 2019” həyəcanını bizimlə BİRlikdə yaşa!

6-9 iyun 2019-cu il tarixlərində Bakı İdman Sarayında keçiriləcək badminton üzrə “Azerbaijan International 2019” turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verəcəklər.

Turnir zamanı 100-dən çox könüllü fəaliyyət göstərəcək. Könüllülər iştirakçıların hava limanında qarşılanması, yönləndirilməsi, idmançı və xarici nümayəndə heyətlərinin müşayiət olunması, məlumatlandırılması, eləcə də tədbir məkanının təşkil olunması işlərinə cəlb olunacaqlar.

Məlumat üçün bildirək ki, “Bir” tələbə-könülləri bu sahədə kifayət qədər təcrübəyə malikdir. Tələbə-könüllülər daha öncə ölkəmizdə keçirilən bir çox dövlət və beynəlxalq əhəmiyyətli idman tədbirlərində fəaliyyət göstəriblər.

Sən də bu beynəlxalq tədbirin BİR könüllüsü olmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç və könülülük həyəcanını bizimlə yaşa!