SABAH Məzun günündə BİR olaq!
İyul ayının 5-i SABAH qruplarında təhsil alan tələbələrin SABAH Məzun günü keçiriləcək.
Mərasimdə 800-ə yaxın qonağın iştirakı gözlənilir. Biz də "BİR" Tələbə-Könüllü proqramı olaraq bu mərasimin təşkil olunmasında 20 formalı tələbə-könüllü ilə öz dəstəyimizi göstərəcəyik.
Sən də SABAH Məzun mərasiminin keçirilməsində bizimlə BİR olmaq istəyirsənsə, qeydiyyatdan keç və bizə qoşul:
Son qeydiyyat tarixi:
02.07.2019 14:00
Tarix: 05.07.2019
Saat: 15:00-23:00
Məkan: Hyatt Regency
* Qeyd:*
1. Forması olmayan şəxslər forma ilə təmin ediləcək.
2.Könüllülər nahar ilə təmin olunacaq.
3. Tədbirdə geyim qara şalvar,qara ayaqqabı, oğlanlar üz təmiz, qızlar isə saçı yığılı olmalıdır.
4. Könüllülər online müsahibə yolu ilə seçiləcəklər.