"Bir" Tələbə-Könüllü proqramı məhz sənin üçün bu imkanı yaradır. Beləliklə, "Kəşf et" istiqaməti çərçivəsində Tələbə-Könüllülər üçün müxtəlif silsilə tədbirlər təşkil olunacaq. Tədbirlər zamanı maraqlı məlumat və faktları öyrənəcək, tarixi və yeni mədəniyyətləri kəşf edərək bir çox suallara cavab tapacaqsan.
Əgər Sən də bizimlə BİR olub :
Müxtəlif məkanları kəşf etmək istəyirsənsə;
Əyləncəli vaxt keçirmək istəyirsənsə;
Yeni insanlar tanıyıb çevrəni genişlətmək istəyirsənsə;
Vaxt itirmədən öz maraq dairənə uyğun olan tədbiri seç,qeydiyyatdan keç və bizə qoşul! Könüllü həyatının hər anını maraqlı və faydalı keçir.
"Azerbaijan Coca-Cola Bottlers” (ACCB) zavodu
Hər BİRimiz üçün maraqlı məkanlardan olan "Coca-Cola" şirkəti bizə BİR günlük qapılarının üzünü açacaqdır. Beləliklə bizlər onların fəaliyyəti, iş prosesləri və s. haqqında bizləri maraqlandıran suallara cavab tapacağıq. Həmçinin bizim üçün yeni olacaq bu məkanda olduqca əyləncəli vaxt keçirəcəyimizə də inanırıq.
Tarix: 22 iyun 2016-cı il
Vaxt: 09:00
Məkan: 28 may metrosu