“Bakı Marafonu-2017”də BİR könüllü!

“Bakı Marafonu-2017”də BİR könüllü!

 

Tələbə-könüllüləri idmanın inkişafına dəstək göstərməyə, Bakı Marafonunun BİR parçası  və ən əsası bizimlə BİR olmağa dəvət edirik!

 Heydər Əliyev Fondunun təşəbbüsü 30 Aprel tarixində “Bakı Marafonu-2017” keçiriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının da dəstəyi ilə bu tədbirdə könüllü qismində iştirak etmək istəyən tələbə-könüllülər qeydiyyatdan keçərək Marafonun BİR hissəsi olacaqlar. “Bakı Marafonu-2017” ötən il olduğu kimi Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Tədbir barədə ətraflı məlumat üçün Bakı Marafonunun rəsmi səhifəsini izləyə bilərsiniz.

Sən də bu möhtəşəm tədbirin BİR könüllüsü olmaq, könüllülük təcrübənə daha BİR irimiqyaslı tədbiri əlavə etmək istəyirsənsə, elə indi qeydiyyatdan keç!

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.