Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

“Böyük Dəbilqə” beynəlxalq cüdo turnirində #BİR olaq!
Tarix:
05-07.11.2021
Saat:
Məkan:
“Böyük Dəbilqə” beynəlxalq cüdo turnirində #BİR olaq!

5-7 noyabr tarixində keçiriləcək olan Beynəlxalq Cüdo yarışları üzrə "BAKU GRAND SLAM 2021" yarışlarında Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının xarici dil biliyi olan tələbə-könüllüləri dəstək verəcək.


“BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması işlərində fəaliyyət göstərəcək.


Sən də beynəlxalq tədbirin #BİR könüllüsü olmaq istəyirsənsə, qeydiyyatdan keç və bizə qoşul:


Tarix: 05-07 noyabr

Saat: 09:00 - 19:00

 Məkan: Heydər Əliyev adına İdman Konsert Kompleksi


Qeyd:

1. Seçim müsahibə yolu ilə aparılacaq;

2. Fəaliyyət dərs gününə düşdüyü təqdirdə könüllülər üçün dərslərdən icazə alınacaq.

3. Xarici dil biliyinin olması vacibdir.

4. İştirak edən könüllülərə sonda beynəlxalq sertifikat veriləcək.