YARAT Müasir İncəsənət Mərkəzində “Uçmağı öyrən” adında uşaqlar üçün festival keçiriləcək. Festivalda uşaqlar üçün müxtəlif növ tədbirlər stendlər formatında eyni vaxtda baş tutacaq. Musiqi, rəsm, aktyorluq sənəti hətta ritm üzrə ustad dərsləri təşkil olunacaqdır.
Bu tədbirə könüllü kimi qoşulan tələbələrin əsas vəzifəsi ustad dərslərində iştirak edərək ustadlara lazımi köməyin göstərilməsidir. Ustadlara kömək etməklə könüllülər özləri də maraqlı və faydalı məlumatlar əldə etmək şansı qazanacaq və sertifikatla təmin olunacaqlar.
Tarix: 10.09.2016
Vaxt: 10:00-20:00
Son müraciət tarixi: 30.08.2016 18:00-dək
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Qeyd: Könüllülük fəaliyyəti saat növbələrinə görə seçilə bilər.
Əgər sən də bu tədbirdə könüllü olub uşaqların üzündəki təbəssümün canlı şahidi olmaq istəyirsənsə müraciət edə bilərsən :)