"Virtual BİR mən" layihəsinin birinci mövzusu: “Beynəlxalq könüllülük”
İyulun 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı təşkilatçılığı ilə keçirilən "Virtual BİR mən" layihəsinin ilk vebinarı baş tutacaq.
Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının artırılması və şəxsi inkişafının təmin olunmasıdır.
Vebinar Ümumdünya Səhiyyə Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, BMT könüllüsü Fənarə Bünyadzadənin iştirakı ilə "Beynəlxalq Könüllülük" mövzusunda keçiriləcək.
İndi qeydiyyatdan keç və bizimlə BİRlikdə öyrən!