Beynəlxalq müsabiqədə iştirakçı ol, Londonda ölkəni təmsil et!

Beynəlxalq müsabiqədə iştirakçı ol, Londonda ölkəni təmsil et!

Beynəlxalq yarışa qoşul! 

Natiqliyin ilə BİRinci ol!

Londonda ölkəni təmsil et!

APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən təhsil proqramıdır. Proqram 9 fərqli istiqamət üzrə uşaqlar, yeniyetmələr, gənclər və şirkətlər üçün təqdimat, ünsiyyət və natiqlik kimi bacarıqları inkişaf etdirən müxtəlif fəaliyyətlər təklif edir. Proqram çərçivəsində il boyu təlimlər, yarışmalar, yay məktəbləri təşkil edilir.

APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.

Proqram dünyanın ən böyük natiqlik yarışması olan “International Public Speaking Competition” proqramının bəsləyici yarışmasıdır. APSC hər il Azərbaycanı beynəlxalq yarışmada təmsil etməsi üçün qalibi Londona göndərir. Qalib olan şəxs 54 ölkədən olan qaliblərlə birlikdə 5 gün müddətində yarışır.

Proqram şəxsi inkişaf və yarışma olmaqla 2 hissədən ibarətdir. Bütün iştirakçılar peşəkar və təcrübəli təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak edir. Daha sonra mentorların köməyilə öz təqdimatlarını hazırlayırlar. Kursların ardından bütün iştirakçılar beynəlxalq diplomla təltif olunurlar.

Şəxsi inkişaf kurslarını bitirən şəxslər yarışmada iştirak edirlər. İştirakçılar yarışmada 5-7 dəqiqəlik çıxışlar edirlər. Çıxışlar jüri tərəfindən 100 ballıq sistemlə dəyərləndirilir. Yarışmada qalib olan şəxs Azərbaycanın ən yaxşı natiqi olmaqla yanaşı 13-17 May tarixlərində Londonda keçiriləcək beynəlxalq yarışmada iştirak etmək haqqı qazanır.

Proqram

Təlimlər: 16-17 Fevral (şənbə-bazar)

Mentorinq: 23-24 Fevral (şənbə-bazar)

Yarımfinal: 2-3 Mart (şənbə-bazar)

Masterinq:  9-10 Mart(şənbə-bazar)

Final: 16 Mart (şənbə)

Beynəlxalq Yarışma: (London): 13-17 May

Proqram 15-21 yaş arası şəxslər üçün nəzərdə tutulur. İştirak üçün hər hansı təcrübə tələb olunmur. Minimum pre-intermediate səviyyə ingilis dili kifayətdir. Seçim müraciət forması üzərindən aparılır.

Ətraflı məlumat: https://goo.gl/B5JcGJ

Son qeydiyyat tarixi: 31 Yanvar, 18.00. Qeydiyyatdan keçənlərlə müsahibə mərhələsi üçün 1 həftə ərzində əlaqə saxlanılır.

 İştirak ödənişlidir.

 

Əlaqə üçün:

Zəng/WhatsApp: 055 210 29 31

E-poçt: speakout@publicspeakers.az

Facebook: @publicspeaking.az

Instagram: @publicspeakers.az



Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.