Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

BİR gününü onlarla daha maraqlı et!
Tarix:
12.09.2017
Saat:
Məkan:
BİR gününü onlarla daha maraqlı et!

Yaşadığımız dünyanı BİRlikdə bölüşdüyümüz heyvanların hər zaman qayğıya və sevgiyə ehtiyacı vardır. “Bir” Tələbə-Könüllü proqramı olaraq bir günümüzü onlarla keçirməyin hər birimiz üçün xoş olacağını düşünürük.

Heyvansevər tələbə-könüllülərimizi 12 sentyabrda İDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzində bir gün keçirməyə dəvət edirik!

Sən də BİR könüllü kimi  istirahət zamanını daha maraqlı keçirmək və yeni dostlar qazanmaq istəyirsənsə, "iştirak et" düyməsinə daxil ol və bizə qoşul!