Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

#BİR KÖNÜLLÜlük Akademiyası
Tarix:
02.09.2016
Saat:
Məkan:
#BİR KÖNÜLLÜlük Akademiyası

BİRinci addımını BİR ilə at!

Fəal Tələbə-Könüllü həyatı YAŞAmaq, təbiətin qoynunda ÖYRƏNib-ÖYRƏTmək, Azərbaycanı KƏŞF edib, yeni dostluqlardan ZÖVQ ALmaq və “BİR” Tələbə-Könüllü Proqramının koordinatorlarından biri olmaq istəyirsənsə, bu fürsət SƏNİN üçündür.

Azərbaycanın 6 şəhərinin 18 Ali Təhsil müəssisəsini birləşdirən “BİR” Tələbə-Könüllü Proqramı fəaliyyətə başladığı gündən 11 000 tələbə arasında BİRlik yaratmağa nail olub.

"BİR" Tələbə-Könüllüləri 50-dən artıq müxtəlif kiçik və irimiqyaslı, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi BİR sıra tədbirlərdə könüllü qismində iştirak etmiş, Formula 1 Avropa Qran Pri yarışına dəstək olaraq, sürət həyəcanını öz üzərində hiss etmiş, “Olimpiya hərəkatı” və Futzal yarışlarında Könüllü olub, əsl idman həyacanını yaşamışdırlar.

İndi isə "BİR" Tələbə-Könüllü proqramı sizləri 6 gün davam edəcək #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-na dəvət edir!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə baş tutacaq #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-da Proqrama daxil olan universitetlərin 2016/2017-ci təhsil ilinin ikinci kurs tələbələri iştirak etmək imkanı əldə edir!

Biz sizi idarəetmə bacarığını, natiqlik qabiliyyətini, komanda ruhunu formalaşdırmaq və əsl Tələbə-Könüllülük həyatını yaşamaq üçün bizimlə BİR olmağa dəvət edirik!

 #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-na SƏN də qoşul və Könüllü Ruhunu Hiss Et!

Tarix: 2-7 sentyabr 2016-cı il

Məkan: Şəki şəhəri

Son müraciət tarixi:18.08.2016