Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Bir könüllülər ən müxtəlif fəaliyyətlərdə! :)
Tarix:
20.06.2016
Saat:
Məkan:
Bir könüllülər ən müxtəlif fəaliyyətlərdə! :)

Hörmətli könüllülər!

Art of Living Azərbaycan və Hindistan Səfirliyinin təşkilatçılığı ilə, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “BİR” Tələbə Könüllü Proqramının dəstəyi ilə II Beynəlxalq Yoqa Günü qeyd olunacaq.

Bir könüllülər orada həm könüllü kimi fəaliyyət göstərə bilər, həm də iştirakçı kimi qoşula bilərlər.

“BİR” Tələbə Könüllü Proqramının üzvləri üçün “Art of Living Azərbaycan” tərəfindən xüsusi  təklifi də dəyərləndirək! Belə ki, tədbirdə könüllü kimi fəaliyyət göstərən tələbələrimiz təşkilat tərəfindən 3 hədiyyə Yoqa seansını əldə edəcəkdir. İştirakçı kimi gələn könüllülərimiz isə 1 günlük seans əldə edəcəkdir.

İştirakçı kimi müraciət edən tələbələr üçün əlavə olaraq 16 İyun tarixində kiçik Yoqa seansı keçiriləcəkdir.

Tədbir 21 iyun, saat 18:30-da, İçərişəhər, Kiçiq Qala küçəsi 78 keçiriləcək.

Əlavə məlumat üçün: https://www.facebook.com/events/624192037738464/