Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

 “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Sizi özünüzü elmi səviyyədə inkişaf etdirə biləcəyiniz “Elm və İnnovasiya” proqramına qoşulmağa dəvət edir!
Tarix:
27.03.2023
Saat:
Məkan:
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Sizi özünüzü elmi səviyyədə inkişaf etdirə biləcəyiniz “Elm və İnnovasiya” proqramına qoşulmağa dəvət edir!


“Elm və İnnovasiya” Proqramının məqsədi tələbələrin elm və texnologiya sahəsində inkişafına dəstək göstərmək, elmi tədqiqat proseslərində iştirakını təşviq etməklə sağlam rəqabət mühiti formalaşdırmaqdır. Proqram elm və innovasiya sahəsində tələbələrin tədqiqat və inkişaf fəaliyyətini dəstəkləmək, tələbələri bu istiqamətdə beynəlxalq əməkdaşlığa istiqamətləndirmək məqsədi daşıyır


“Elm və İnnovasiya” Proqramına bakalavr və magistr səviyyəsində riyaziyyat, fizika, biologiya, kimya, mexanika, mühəndislik, tibb və əlaqəli ixtisaslarda təhsil alan tələbələr müraciət edə bilərlər. 

Ümumilikdə 2 aylıq müddəti əhatə edən və 3 istiqamət üzrə 17 mərkəzdə (müvafiq elmi müəssisələrdə) təşkili planlaşdırılan proqramın birinci ayında laboratoriyalarda işləmə qaydaları, elmi seminarlar və şəxsi inkişafla bağlı təlimlərin keçirilməsi, növbəti ayda isə praktiki işlər (laboratoriya işləri) görülməsi nəzərdə tutulmuşdur. 


Qeyd edək ki, proqrama qoşulmaq istəyən tələbələr 01.05.2023-cü il tarixinə qədər müraciət edə bilərlər. (Müraciətlər daxil olduqca emal edilir.) 

Qeydiyyat linki: https://forms.gle/LiC3FiqbSB8ToP73A