Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

“Bir Könüllü” Təşkilatı Beynəlxalq Əməkdaşlıq bölməsi üzrə komanda tərkibinə qəbul elan edir!
Tarix:
28.03.2023
Saat:
Məkan:
“Bir Könüllü” Təşkilatı Beynəlxalq Əməkdaşlıq bölməsi üzrə komanda tərkibinə qəbul elan edir!

Komandanın vəzifə öhdəlikləri:
1.Beynəlxalq tələbə və gənclər təşkilatları ilə əməkdaşlığın qurulması;
2.Donor təşkilatların müəyyənləşdirilməsi və əməkdaşlığa cəlb edilməsi üçün rəsmi məktubların yazılması, görüşlərin təşkil edilməsi;
3.Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, tələbə və gənclər üçün təşkil olunan tədbirlərin, layihələrin müəyyənləşdirilməsi;
4.“Bir Könüllü” təşkilatının saytında məlumat bazasını ingilis dilində idarə etmək;
5.Xarici ölkələrdə təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə təşkilatı təmsil etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
6.Beynəlxalq tərəfdaşlarımız ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların inkişaf etdirilməsi.
Komanda üzvü olmaq üçün tələb olunan bilik və bacarıqlar:
Xarici dil bilikləri (İngilis dili (əla səviyyədə), digər dil bilikləri üstünlükdür);
Layihə idarəetməsi bacarıqları;
Layihə təkliflərinin hazırlanması;
İşgüzar yazı və məktublaşma bacarıqları;
Beynəlxalq gənclər və könüllülük proqramları haqqında məlumatlılıq
Azərbaycan gənclər siyasəti haqqında məlumatlılıq;
Beynəlxalq tədbirlərdə iştirak təcrübəsi. 
Son müraciət tarixi: 2 aprel, 2023-cü il. 
Müraciət üçün link: https://forms.gle/F58ej2TepKanWCs57