Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə onlayn formada "Beynəlxalq Gənclər Günü"nə həsr olunan "BİRincilik kuboku" adlı layihə keçiriləcək.
Onlayn layihə çərçivəsində tələbə-könüllülər üçün 3 gün ərzində müxtəlif intellektual yarışlar: "Code Tusi" məntiqi komanda oyunu, "Nə?, Harada?, Nə zaman?" intellektual oyunu və şahmat keçiriləcək.
Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsinə şərait yaradılması və intellektual bilik, bacarıqlarının səviyyələrinin artırılmasıdır.
İntellektual oyunlarda iştirak etmək və BİRinci olmaq istəyirsinizsə, elə isə indi qeydiyyat keç və bizimlə BİR ol!
#Bir #Birkonullu #TəhsilNazirliyi #eduaz #onlaynol #qalibol #Birincilikkuboku