Sən də informasiya texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “UNLIMITED INCLUSIVITY HACKATHON” layihəsində bizimlə BİR ol!
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi və Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının dəstəyi ilə 28-30 iyun 2019-cu il tarixlərdə Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edir.
Məlumat üçün bildirək ki,Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edəcəkdir. Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
Sən də informasiya texnologiyası dövründə "Hackathon" layihəsinin təşkilində könüllü kimi dəstək olmaq istəyirsənsə, qeydiyyatdan keç və bizə qoşul!
Tarix: 28.06.2019-30.06.2019
Məkan: İncəsənət Muzeyi (Bayıl qəsəbəsi, Milli Bayraq Meydanı)
Qeyd:
1) Hər üç günün üçündə də iştirak vacibdir.
2) Müsahibə yolu ilə seçimlər olacaq.
3) Musahibəyə dəvət e-mail vasitəsi ilə olacaq. Aktiv saxlamağınız xahiş olunur.
4) Axşam növbələri üçün nəqliyyat təşkil olunacaq.
5) Forması olmayan könüllülər forma ilə təmin olunacaqlar.