Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

“Bir” Tələbə-könüllülər “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihədə!
Tarix:
12.04-12.06.19
Saat:
Məkan:
“Bir” Tələbə-könüllülər “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihədə!

“Bir” Tələbə-Könüllülərdən BNA üçün 30.000-ə yaxın sorğu!

 Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihə həyata keçirilir. 

Layihənin həyata keçirilməsində əsas dəstəkçilər isə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləridir. 77 gün davam edəcək sorğunun 40 günü artıq arxada qaldı. Bu müddətdə "Bir" Tələbə-Könüllü proqramının 203 könüllüsü 600-ə yaxın dayanacaqda 30.000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib. 

Şəhərin ictimai nəqliyyat sisteminin yenilənməsini arzu edən paytaxt sakinləri sorğuda həvəslə iştirak edir. 

#Bir #Birkonullu #TəhsilNazirliyi #eduaz #BakıNəqliyyatAgentliyi #BNA #arzularınıhərəkətəgətir #sosialsorğu #birtələbəkönüllü