Təhsilə dair müxtəlif formatda və mövzuda məzmunların hazırlanmasını təşviq etmək məqsədilə keçiriləcək təlimlərdə əsasən təhsil və pedaqoji, jurnalistika, rejissorluq, operatorluq və s. oxşar ixtisaslarda təhsil alan və qeyd olunan sahələrə maraq göstərən tələbələrin iştirakı nəzərdə tutulur. Təlimlər nəticəsində tələbələr öyrəndiklərini təcrübədən keçirmək imkanı əldə etməklə yanaşı, edublog
platformasının yaradılmasında birbaşa iştirak edəcəklər. İlk seçimdən sonra təlim proqramına cəlb olunacaq tələbələr video, şəkil və infoqrafika tərtibetmə, kommunikasiya, araşdırma, müsahibə və süjetlər hazırlama bacarıqlarına yiyələnəcəklər. Layihə vasitəsilə iştirakçıların yaradıcılıq potensialının dəstəklənməsi məqsədilə hazırladıqları materialların yayılmasına dəstək göstəriləcək.