Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı və Zirə Mədəniyyət Mərkəzinin əməkdaşlığı çərçivəsində “BİR” tələbə-könüllülər üçün təcrübə proqramı həyata keçiriləcək.
Təcrübə proqramına qoşulan tələbə-könüllülər yay tətili müddətində Mədəniyyət Mərkəzinin təşkilati işlərində yaxından iştirak edəcək, müəyyən olunan Proqram əsasında təcrübə qazanacaqlar.
Qeyd edək ki, Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.
Ətraflı məlumat müsahibə mərhələsində veriləcək.
Son müraciət tarixi: 20.07.2019
Təcrübə proqramının başlama tarixi: 23.07.2019