Əziz tələbələr!
Topaz Premyer Liqasının 25-ci turunda "Sabah" və "Neftçi” futbol klublarının qarşılaşması baş tutacaq. Aprelin 19-da "Əlincə Arena”da keçiriləcək "Sabah” – "Neftçi” oyunu saat 18:30-da başlanacaq.
Biz BİR könüllülər olaraq birlikdə maraqlı vaxt keçirmək, futbol həyəcanını yaşamaq istəyirik.
Sən də futbol oyununu bizimlə BİRlikdə izləmək istəyirsənsə, indi qeydiyyatdan keç və bizə qoşul!