Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Hər yerdə BİR könüllü!
Tarix:
15.08.2016
Saat:
Məkan:
Hər yerdə BİR könüllü!

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun üçün də yardımsevər könüllülərimizi tanımaq və Azərbaycanın şəhər, rayon və kəndlərini tanıtmaq istərdik! Bunun üçün könüllülər öz yaşadığı şəhər/rayon/kəndində öz BİR tətil gününü könüllü kimi keçirdiyini əks etdirən video-çarxları bizimlə paylaşaraq, həm öz fəaliyyətini, həm də yaşadağı məkanın tarixçəsini bizə KƏŞF ETdirəcək.

Qaydalar:

Video-çarx 10-20 dəqiqədən çərçivəsində olmalıdır;

Video-çarxda könüllü fəaliyyət əks olunmalıdır;

Video-çarx çəkilən məkanın qısa tarixçəsi əks olunmalıdır;

Video-çarxda etik normalar gözlənilməlidir;

Videonun minimal ölçüləri 720x576 piksel olmalıdır;

Videonun maksimal ölçüləri 1920x1080 olmalıdır;

Videolar MP4/ MPEG4/ 3GP formatında olmalıdır;

Prosedur:

Gün ərzində könüllülük fəaliyyəti əks olunur və videoya çəkilir. Video selfie kimi də çəkilə bilər. Gün ərzində bir neçə fəaliyyət olarsa bir neçə video da qəbul olunur və montaj olunur.

Çəkilən videolar bir@konullu.edu.az  poçt ünvanına “Hər yerdə BİR könüllü” başlığı ilə göndərilməlidir. Videoların ölçüsü çox olduqda https://www.wetransfer.com/ portalından istifadə etmək mümkündür. Videolar qəbul edildikdən sonra 5 iş günü ərzində https://www.facebook.com/birkonullu/  səhifəsində paylaşılır və yarışmanın BİR parçası olur.

Qalibin müəyyən olunması:

Video paylaşılan gündən etibarən bu yarışmanın iştirakçısı hesab olunur. Qeyd olunmuş son tarixə qədər ən çox paylaşım və bəyənmə yığan könüllü qalib hesab olunur. Qalib iştirakçı proqram tərəfindən təqdim olunmuş BİR iPHONE qazanır.

Müsabiqənin keçirilmə tarixləri:

Videoların qəbul olunma tarixləri: 10.07.2016 – 31.07.2016

Yarışmanın bitmə tarixi: 15.08.2016

Qeyd:

  • Videolar poçt ünvanına qəbul olunacaq ardıcıllıqla montaj edilib paylaşılacaqdır.
  • Göndərilmiş videolar yuxarıda qeyd olunan qaydalara uyğun olmadıqda “BİR” Tələbə- Könüllü proqramı tərəfindən qəbul olunmaya bilər.
  • Səhifədə paylaşılan videoların proqram və saxta profillər vasitəsilə topladığı bəyənmələr nəzərə alınmayacaqdır.