#BİR ilə inkişaf et!
Avqustun 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorlarının təşəbbüsü ilə "Təlimçilik Akdemiyası”nın təsisçisi və təlimçisi Fəxrəddin Abdullayevin təqdimatında seminar keçirilib.
“BİR” tələbə-könüllülərin iştirak etdiyi seminarda “insan resurslarının planlanması və iş analizi", "CV hazırlanması", "müsahibə texnikaları, karyera planlaması və performans” kimi mövzular haqqında məlumat verilib, tələbə-könüllülərin sualları cavablandırılıb.