"Bir Könüllü" Təşkilatı 2021-ci il noyabr-yanvar ayları üzrə Təcrübə Proqramı elan edir!
Bu təcrübə proqramı sizin üçün əla #BİR başlanğıcdır.
Təcrübə proqramının əsas məqsədi tələbə-könüllülərə müxtəlif bilik və bacarıqlar aşılamaq, inkişaf etmələrinə və gələcək fəaliyyətlərində uğur qazanmalarına şərait yaratmaqdan ibarətdir.
Biz kimləri axtarırıq ?
- 17-23 yaş arası olan tələbə-könüllüləri;
- Komanda da işləməyi sevənləri;
- Öyrənməyə həvəsli olanları;
- İşində yüksək motivasiyalı olanları:
- məsuliyyətli və kreativ olduğunu düşünənləri;
Hansı istiqamətlər üzrə müraciət edə bilərsiniz?
1. Layihələrin idarə olunması;
2. İctimaiyyətlə əlaqələr;
3. Beynəlxalq əlaqələr;
4. Tələbə-könüllülərlə iş;
5. Mətbuat;
Əgər sən də #BIR təcrübə proqramında iştirak edərək yeni təcrübələr qazanmaq istəyirsənsə qeydiyyatdan keçməyə tələs:
Son müraciət tarixi: 31.10.2021 21:00
Qeyd:
1. Qeydiyyatdan keçmiş tələbə-könüllülər müxtəlif seçim mərhələlərindən keçəcəklər.
2. Təcrübə müddətində özünü doğrultmuş şəxslər "Bir Könüllü" Təşkilatı tərəfindən xasiyyətnamə və tövsiyə məktubu ilə təmin olunacaqlar.
3. Mətbuat istiqaməti üzrə "müxbir", "fotoqraf", "operator", "video montajçı" və "SMM Menecer" üzrə fəaliyyət göstərmək istəyən könüllülər müraciət edə bilərlər.
#bir #birkonullu #TəcrübəProqramı2021 #TəhsilNazirliyi #Eduaz #Intern2021