"Bir Könüllü" Təşkilatı 2021-ci il, sentyabr-noyabr ayları üzrə Təcrübə Proqramı elan edir.
Təcrübə proqramının məqsədi tələbə-könüllülərə müxtəlif istiqamətlər üzrə bilik və bacarıqların aşılanması, gələcək fəaliyyətlərinə təkan verilməsidir.
Təcrübə proqramına aşağıdakı sahələr üzrə müraciət edə bilərsiniz:
- Layihələrlə iş;
- İctimaiyyətlə əlaqələr və SMM;
- Tələbə-könüllülərlə iş;
- Təhsil müəssisələri ilə iş;
- Regionlar ilə iş;
- Beynəlxalq əlaqələr.
Kimlər müraciət edə bilərlər:
- 16-25 yaş aralığındakı tələbə-könüllülər;
- komanda ilə işləmə bacarığı;
- təşkilatçılıq və idarəetmə bacarığı;
- Xarici dil biliyinin olması arzuolunandır;
Təcrübə proqramından əldə edəcəksiniz:
- Seçdiyiniz sahə üzrə təcrübə imkanı;
- İşgüzar komanda;
- Yeni mühit, yeni insanlar;
- Layihələrimizdə iştirak şansı;
- Təcrübə proqramını uğurla tamamladığınız haqqında sertifikat.
Qeydiyyatdan keçməyə tələsin!
Son müraciət tarixi: 21 sentyabr 23:59
#bir #birkonullu #TəcrübəProqramı2021 #TəhsilNazirliyi #Eduaz