"Könüllülük: uğur formulu" kitabının imza günündə BİR olaq!
"CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi gənclərin, tələbələrin və könüllülərin istəklərini nəzərə alaraq öz tərəfdaşları - Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı, "Bakı Şəhər Halqası" Könüllüləri və "ASAN Könüllüləri" Təşkilatı ilə birgə 3 mart 2018-ci il tarixində, saat 16:00-dan 18:00-dək tələbə-könüllülər üçün Bravo Supermarket Azerbaijan-da (20 yanvar metrostansiyası yaxınlığında) yerləşən LIBRAFF kitab mağazasında "Könüllülük: uğur formulu" kitabının sayca 3-cü imza günü keçiriləcək.
İmza günündə kitabın həmmüəllifləri Dr. Nadir Adilov və Elvin Pashayev tərəfindən imzalanmış kitablar könüllülük hərəkatından məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olunacaq.
Kitab gənclərin və tələbələrin şəxsi inkişafında könüllülük fəaliyyətinin rolundan bəhs edir. Bu dəfə də 1-ci və 2-ci imza günündə iştirak edə bilməyən tələbə və könüllülərə "Könüllülük: uğur formulu" kitabının hədiyyə edilməsi nəzərdə tutulur.
Məkan: LIBRAFF kitab mağazası (Bravo Supermarket Azerbaijan-ın içərisində (20 yanvar metrostansiyası yaxınlığında))