Bir" tələbə-könüllülər "Məhdudiyyətsiz BİR həyat" layihəsinin ilk görüşündə!
Sentyabrın 18-də "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctima Birliyi və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Məhdudiyətsiz BİR həyat" layihəsinin açılış mərasimi və ilk görüşü baş tutacaq.
Görüş 2008-ci il Pekin Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Dünya və Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Oloxan Musayevin iştirakı ilə keçiriləcək.
İndi qeydiyyatdan keç və bizimlə BİR ol!
Qeyd: Görüşə qoşulmaq üçün link qeydiyyatdan keçən iştirakçılara e-mail vasitəsilə göndəriləcək.