"MəqsədliSƏN?!" kitabının imza günündə BİR olaq!

"Bir" Tələbə-Könüllü proqramın "Yaşa" istiqaməti çərçivəsində "Gəncsən? Başla!" və  "Məqsədlisən?!" kitablarının müəllifi, gənclərin işgüzar inkişaf yazarı Nadir Adilovun kitabının imza günü keçiriləcək. Kitabda müəllif bu dəfə gənclərin nə dərəcədə məqsədli olması mövzusuna müraciət edib. "Məqsədlisən?!" adlanan kitab müxtəlif yollarla inkişaf etmək istəyən, məqsədsiz və məqsədli baxışlara malik «Yaxşı oğlan» və «Ağıllı qız» obrazları üzərində qurulub.

Qeyd edək ki, Proqramın “Yaşa” istiqaməti üzrə tələbə-könüllülər müxtəlif tipli kütləvi və ictimai tədbirlərdə iştirak edir, sosial aksiyalar, fləşmoblar təşkil edir və onların fəal iştirakçısına çevrilirlər.

Sən də "iştirak et" düyməsinə daxil ol və tələbəliyin ən maraqlı anlarını bizimlə YAŞA!

 

Tarix: 28.12.2018
Saat: 18:30
Məkan: Bakı Kitab Mərkəzi (Baku Book Center)

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.