Avqustun 11-də “Baş Narkotiklərlə Mübarizə İdarəsi”nin baş əməliyyat müvəkkili polis kapitanı Nadir Məmmədovun təqdimatında "Narkomaniyaya Yox" adlı seminar keçirilib.
“BİR” tələbə-könüllülərin iştirak etdiyi seminarda “narkomaniyanın acı fəsadları”, “narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi çərçivəsi”, “narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işləri”, “gənclərin sağlam həyat və mənəvi kamilliyə çağırmaq” kimi mövzulara toxunulub.
#birkonullu #TəhsilNazirliyi #Eduaz