Olimpiya yarışında BİRinci ol!

Olimpiya yarışında BİRinci ol!

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Bakı Bulvar İdarəsinin, "Bir" Tələbə-Könüllü Proqramının, "İstək" liseyinin və "Mur & Marya" bloqunun tərəfdaşlığı, Beynəlxalq Olimpiya Komitəsinin və "Coca-Cola" Azərbaycan şirkətinin dəstəyi ilə tələbələr və şagirdlər arasında keçirilən estafet yarışında sən də iştirak et!

Beynəlxalq Olimpiya gününə həsr olunmuş yarış tələbələr və şagirdlər arasında keçiriləcəkdir. Bakı Bulvarında keçiriləcək yarışda iştirak edərək BİR Olimpiya idmançısının hiss etdiyi həyəcanı sən də yaşaya biləcəksən!

Yaşlara görə bölünəcək hər çevrənin qalibi mükafatlandırılacaq. Bizim könüllülər bu marafona iştirakçı və ya təşkilatçı kimi qoşula bilərlər! İştirakçılar 2 sertifikatla təmin olunacaqlar. Sertifikatlar Beynəlxalq Olimpiya Komitəsi və təşkilatçılar tərəfindən təqdim olunacaq. Könüllü kimi iştirak edənlər əlavə olaraq təşəkkürnamə ilə təltif olunacaqlar.

Tarix: 11.06.2016

Keçiriləcək yer: Yeni Bulvar

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.