Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Onlarla BİR gün!
Tarix:
04.11.2017
Saat:
Məkan:
Onlarla BİR gün!

Yaşadığımız dünyanı BİRlikdə bölüşdüyümüz heyvanların hər zaman qayğıya və sevgiyə ehtiyacı vardır. 

Bir” Tələbə-Könüllü proqramı olaraq bir günümüzü onlarla keçirməyin hər birimiz üçün maraqlı olacağını düşünürük.

Heyvansevər tələbə-könüllülərimizi 4 noyabrda İDEA İctimai Birliyinin (IDEA Campaign) Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzində maraqlı bir gün keçirməyə dəvət edirik!
Sən də tələbə-könüllü kimi istirahət zamanını daha maraqlı keçirmək və yeni dostlar qazanmaq istəyirsənsə, "iştirak et" düyməsinə daxil ol və bizə qoşul!

Məkan: İDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi
Tarix: 04.10.2017, saat 10:00