Oxu günü tədbirində BİR olaq!

Oxu günü tədbirində BİR olaq!

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək. 
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. 
Tədbirdə hər zaman olduğu kimi "Bir" Tələbə-Könüllü proqramı tərəfindən dəstək veriləcək. BİR könüllülər tədbirin təşkili, nəzarət, qonaqların məlumatlandırılması işlərində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq “Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olunub. Tədbir iştirakçılarının yazarlarla görüş və kitablarını imzalatmaq imkanı olacaq.
“Oxu Günü”ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “flaşmob” və digər təqdimatlar olacaq. Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçiriləcək. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılacaq, həm də güzəştli şərtlərlə satılacaq.



Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.