Onlayn ol, #BİRlik göstər!
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə "Postpandemiya dövründə BİRlik" adlı layihə keçiriləcək.
Onlayn layihə çərçivəsində 3 əsas və 6 alt mövzudan ibarət təlimlər keçiriləcək.
♦️Layihənin məqsədi postpandemiya dövründə tələbə-könüllülərin həyat keyfiyyətlərini yüksəltmək, işdə və həyatda uğurlu olmaqlarına şərait yaratmaq, bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Sən də postpandemiya dövrünə bizimlə BİRlikdə hazır olmaq istəyirsənsə, indi qeydiyyatdan keç və bizə qoşul
Təlimlərin sessiyaları barədə ətraflı məlumat sosial şəbəkələrdəki səhifələrimizdə paylaşılacaq.
Tədbirin keçiriləcəyi tarix:28 avqust - 2 sentyabr
#bir #birkonullu #postpandemiyadövründəbirlik #onlaynol #TehsilNazirliyi #eduaz